Daha 30 ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
sizinxeber.az xəbər saytı

Daha 30 ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirilib


Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqların Azərbaycana gətirilərək reabilitasiya xidmətlərinə cəlb olunması işləri davam etdirilir.

"Report" xəbər verir ki, bu çərçivədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirilib.

Uşaqlara agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük reabilitasiya proqramı çərçivəsində tibbi, sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək.

Onlar üçün peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də yoqa və rəqs terapiya məşğələləri təşkil olunacaq. Məqsəd onların emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərməkdir.

Uşaqlar üçün Qəbələ və Şəkidəki istirahət mərkəzlərinə, tarixi-memarlıq abidələrinə ekskursiyalar da təşkil olunacaq.

Bundan əvvəlki 7 qrupla birlikdə ümumilikdə 222 ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.

Oxşar xəbərlər

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri üçün Azərbaycana gətirilib
Ukraynadan daha 34 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib
Ukraynadan daha 30 uşaq Azərbaycana gətirilib
Ukraynalı uşaqlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətlərinə cəlb olunublar
Əlilliyi olan 25 min uşağa reabilitasiya xidmətləri göstərilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər