Rubio: Rusiya ABŞ-nin Cənubi Qafqaz ölkələri ilə qarşılıqlı əlaqələrinin güclənməsindən məmnun deyil
sizinxeber.az xəbər saytı

Rubio: Rusiya ABŞ-nin Cənubi Qafqaz ölkələri ilə qarşılıqlı əlaqələrinin güclənməsindən məmnun deyil


Rusiya Cənubi Qafqazda ABŞ-nin mövcudluğunun güclənməsinə mənfi yanaşır.

"Sizinxeber.az" xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio Kapitolidə keçirilən dinləmələrdə bəyan edib.

"Həmçinin qeyd etmək istərdim və mənə elə gəlir ki, bu, açıq mənbələrdən kifayət qədər yaxşı məlumdur - Rusiya region ölkələri ilə qarşılıqlı əlaqələrimizin fəallaşmasından heç də məmnun deyil", - o qeyd edib.

Rubionun sözlərinə görə, Moskva Vaşinqton və İrəvanın artan əməkdaşlığı fonunda Ermənistandakı hazırkı hakimiyyətin seçkilərdə uduzmasını üstün tutardı.

O vurğulayıb ki, ABŞ Ermənistanın suverenliyinə qəsd etmək niyyətində deyil və onun xarici siyasət qərarlarına qarışmır.

"Aydın olsun deyə: biz Ermənistanın suverenliyinə qəsd etmək fikrində deyilik. Onlardan digər ölkələrlə dostluq etməmələrini xahiş etmirik. Biz sadəcə onlarla təkcə sülhə əsaslanmayan münasibətlərə malik olmaq istəyirik. Sülh vacibdir, lakin bu, yalnız başlanğıcdır", - Rubio deyib.

Oxşar xəbərlər

Rubio: Rusiya ABŞ-nin Cənubi Qafqaz ölkələri ilə qarşılıqlı fəaliyyətinin fəallaşmasından məmnun deyil
Peskov: Rusiya Ermənistan və Azərbaycanla münasibətlərin inkişafını davam etdirəcək
Baş nazir: Ermənistanda Rusiya qoşunlarının mövcudluğundan imtina etmək niyyətində deyilik
Rubio: ABŞ Rusiya – Ukrayna münaqişəsinin həllində vasitəçi rolundan imtina etməyəcək
Rusiya XİN: Lavrov və Rubio Rusiya-ABŞ əlaqələrinin davam etdirilməsini müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər