Agentlik rəsmisi: Azərbaycana gətirilən ukraynalı uşaqların reabilitasiyası yüksək səviyyədə təşkil olunacaq
sizinxeber.az xəbər saytı

Agentlik rəsmisi: Azərbaycana gətirilən ukraynalı uşaqların reabilitasiyası yüksək səviyyədə təşkil olunacaq


Ukraynadakı müharibədən əziyyət çəkən uşaqların ölkəmizdə reabilitasiya xidmətlərinə cəlb olunması prosesi sürətlə davam edir.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Bahadur Rzayev Ukraynadan Azərbaycana reabilitasiya üçün gətirilən 30 uşağın qarşılanma mərasimində deyib.

"Uşaqlar bu müddət ərzində Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətlərinə cəlb olunacaq, orada tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunacaqlar.

Əlavə olaraq qeyd etməliyəm ki, asudə vaxtın səmərəli təşkilinin və Azərbaycanın mədəni irsi ilə tanışlığın həyata keçirilməsi üçün Qəbələ və ətraf rayonlarda olan gəzməli-görməli yerlərə, tarixi abidələrə ekskursiyalar həyata keçiriləcək. Peşəkar həkim heyətimiz və mütəxəssislərimiz tərəfindən uşaqların reabilitasiyası yüksək səviyyədə təşkil olunacaq", - deyə B. Rzayev vurğulayıb.

Oxşar xəbərlər

Daha 30 ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri üçün Azərbaycana gətirilib
Ukraynalı uşaqlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətlərinə cəlb olunublar
Ukraynadan daha 34 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib
Ukraynadan daha 30 uşaq Azərbaycana gətirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər