Livan və İsrail barışırlar - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Livan və İsrail barışırlar - YENİLƏNİB


Livan və İsrail Vaşinqtonda keçirilən bugünkü danışıqlar çərçivəsində ABŞ-nin təklif etdiyi mərhələli deeskalasiya planının müzakirəsinə başlayıblar.

"Report" xəbər verir ki, bu barədə "Janoubia" xəbər portalı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, plan 60 günlük dövr üçün nəzərdə tutulub və bu müddət ərzində İsrail qoşunlarının Livan ərazisindən tədricən çıxarılması baş tutacaq. Eyni zamanda, atəşkəs rejiminin pozulmasının və hərbi əməliyyatlara qayıdışın qarşısını almaq üçün Livan ordusu və BMT-nin Müvəqqəti Qüvvələrinin sülhməramlıları cənub rayonlarında yerləşdirilməyə başlayacaq.

Portalın məlumatına görə, ABŞ danışıqlarda dərhal irəliləyiş gözləmir, lakin birgə addımların razılaşdırılmasını tərəflər arasında etimadın bərpası yolu kimi nəzərdən keçirir.

Bu mərhələdə İsrail öz qoşunlarının çıxarılmasını "Hizbullah"ın döyüş strukturlarının tamamilə ləğv edilməsini özündə ehtiva edən dəqiq təhlükəsizlik zəmanətləri ilə əlaqələndirir. Livan tərəfi isə öz növbəsində "Hizbullah"ın silahı məsələsinin Livan dövlətinin daxili işi olduğu və danışıqlarda şərtlərdən biri ola bilməyəcəyi prinsipinə qəti şəkildə sadiq qalır. Beyrutda hesab edirlər ki, bu məsələnin ciddi müzakirəsi yalnız İsrail qoşunlarının Livandan tamamilə çıxarılmasından sonra başlaya bilər.

İsrail və Livan Vaşinqtonda atəşkəs üzrə danışıqların dördüncü raunduna başlayıb.

"Report" "Ynet"ə istinadən xəbər verir ki, bu barədə İsrailin Vaşinqtondakı səfirliyi məlumat verib.

Qeyd olunub ki, danışıqlar ABŞ Dövlət Departamentində keçirilir.

Oxşar xəbərlər

Livan Prezidenti İsrail qoşunlarının ölkədən tam çıxarılmasını tələb edir
KİV: Livan və İsrail aprelin 11-də atəşkəs elan edə bilər
Livan və İsrail təhlükəsizlik sahəsində uzunmüddətli sazişi müzakirə edir
Livan "Hizbullah"ın tərksilah olunması üçün şərtlərini açıqlayıb
Livan Vaşinqtonda İsraillə atəşkəsin uzadılmasına nail olmaq niyyətindədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər