Tbilisidəki iğtişaşlarla əlaqədar saxlanılan 7 nəfər günahını etiraf edib
Gürcüstanda 2025-ci il oktyabrın 4-ü prezident sarayına hücum işi üzrə saxlanılan 12 nəfərdən 7-si günahını etiraf edib və prokurorluqla razılaşma bağlayacaq.
"Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə sözügedən iş üzrə prokuror Laşa Tskvitariya bildirib.
"Təqsirləndirilən şəxslər onlara irəli sürülən ittihamları etiraf edib və peşman olublar. Onların prezident sarayına bitişik ərazidəki zorakı hərəkətlərdə iştirakı videomateriallarla təsdiqlənib", – o deyib.
Qeyd olunub ki, razılaşma çərçivəsində onlara üç il müddətinə şərti cəza təyin ediləcək.
Bu iş üzrə saxlanılan 12 nəfərdən 7-si azad ediləcək.
Xatırladaq ki, Gürcüstanın sabiq müdafiə naziri Baço Axalaya 2025-ci il oktyabrın 4-ü Tbilisidə zorakı etiraz aksiyasının və prezident sarayına hücumun təşkilinə görə Tbilisidə saxlanılıb.
Oxşar xəbərlər
Çadda silahlı şəxslər prezident sarayına hücum ediblər
Çadda prezident sarayına hücumda 19 nəfər ölüb
KİV: Metyu Perrinin həkimi aktyorun ölümündə təqsirini etiraf edib
İsrail Qəzzada girovlarla bağlı tezliklə razılaşmanın mümkünlüyünü etiraf edib
Gürcüstanın Baş naziri: Xarici təlimatçılarla üz-üzə qalmışıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 321-ə çatıb
-
Avropa çempionatı: 1/4 final cütləri dəqiqləşib, Azərbaycan millisinin rəqibi bəlli olub
-
"Azərkosmos"un ixrac gəlirləri 55 %-dən çox artıb
-
Türkiyə millisi Şimali Makedoniyanı darmadağın edib
-
TotalEnergies: “Abşeron”da əlavə quyuların qazılması imkanlarını qiymətləndiririk
-
"Rosselxoznadzor" Ermənistandan üzüm və meyvə idxalını məhdudlaşdırıb
