Azərbaycan "Oracle" və "Lummus Technology" şirkətləri ilə sənədlər imzalayıb
sizinxeber.az xəbər saytı

Azərbaycan "Oracle" və "Lummus Technology" şirkətləri ilə sənədlər imzalayıb


"Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən 1-ci Azərbaycan-ABŞ İqtisadi Dialoqu tədbirində İqtisadiyyat Nazirliyi və "Oracle" şirkəti arasında Anlaşma Memorandumu, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Lummus Technology" şirkəti arasında Strateji Əməkdaşlıq Sazişi imzalanıb.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"İqtisadiyyat Nazirliyi və "Oracle" arasında imzalanmış Memorandum ölkəmizdə rəqəmsal infrastrukturun yaradılmasını, müasir texnologiyaların tətbiqini, texnologiya transferi sahəsində fəal əməkdaşlığı təmin edəcək. SOCAR və "Lummus Technology" arasında imzalanmış Saziş isə səmərəli həllər və sənaye texnologiyalarının tətbiqi istiqamətində işbirliyini əhatə edir", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 7,5 milyard dollar olan müqavilələr imzalanıb - FOTO
İqtisadiyyat Nazirliyi və SOCAR BP ilə enerji əməkdaşlığına dair Anlaşma Memorandumu imzalayıblar
SOCAR “ExxonMobil Corporation” ilə Anlaşma Memorandumu imzalayıb
Azərbaycanla Çin arasında birgə müəssisə yaradılacaq
Bakı Enerji Həftəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər