Əli Əhmədov: Azərbaycan-Çin əməkdaşlığı böyük potensiala və yaxşı gələcəyə malikdir
Azərbaycan-Çin əməkdaşlığı böyük potensiala və yaxşı gələcəyə malikdir.
"Report" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov aprelin 2-də Bakıda keçirilən "Azərbaycan – Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi" mövzusunda konfransda deyib.
Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq, ilk növbədə, qarşılıqlı iqtisadi faydaya əsaslanır:
"Hazırda bəşəriyyətin gələcəyi naminə dövlətlərin və xalqların ciddi düşünməsinə zəmin yaranıb. Ona görə də əməkdaşlıqların, qarşılıqlı dəyərlər sisteminin yenidən qurulmasına ehtiyac var".
Ə.Əhmədov bildirib ki, Çin dünyanın iqtisadi cəhətdən güclü dövlətlərindən biri və ən çox əhalisi olan ölkədir:
"Çin dünyanın daha ədalətli prinsiplər əsasında qurulması üçün qarşısına qoyduğu məqsədlərə çata biləcək potensialda ölkədir. Azərbaycanın xarici siyasətinin ana xəttini isə sülh gündəliyi təşkil edir. Azərbaycan bu istiqamətdə təkcə regionda deyil, ümumilikdə dünyada çox ciddi fəaliyyət göstərir. Azərbaycan ənənəvi olaraq Şərqlə Qərb arasında körpü rolunu oynayıb. İndi isə Azərbaycan Qlobal Cənub arasında körpü rolunu oynamaq missiyasını öz üzərinə götürüb. Hesab edirəm ki, ölkəmiz bu missiyanı yerinə yetirmək üçün ən vacib parametrlərə sahibdir".
Oxşar xəbərlər
Tahir Budaqov: Zəngəzur dəhlizinin reallaşdırılması tərəfdaş ölkələr arasında əməkdaşlığı gücləndirəcək
Əli Əhmədov: Hazırkı beynəlxalq münasibətlər sistemi yeni dünya reallıqlarına lazımınca cavab verə bilmir
UNEP rəsmisi: "Paris sazişinin 6-cı maddəsi çox vacibdir və böyük potensiala malikdir"
Lyu Tszyançao: Çin Azərbaycanın ŞƏT ilə qarşılıqlı əlaqələrinin güclənməsinə ümid edir
Ekspert: "Azərbaycan tibbi turizm mərkəzi kimi böyük potensiala malikdir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













