Dünya Bankı geoməkan məlumatlarının vahid standartlarını hazırlayır
sizinxeber.az xəbər saytı

Dünya Bankı geoməkan məlumatlarının vahid standartlarını hazırlayır


Dünya Bankı vahid geoportalda bütün ölkələr üçün vahid standart hazırlamaq niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Dünya Bankının şəhər inkişafı üzrə baş mütəxəssisi Mohamed Nada Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Şərqi Avropa və Mərkəzi Asiya Regional Qrupu"nun panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, Dünya Bankı şəhər sektorunun miqyasının genişləndirilməsi üzrə səylərini üç əsas istiqamətdə - torpaq gündəliyi, şəhər gündəliyi və risklərin idarə edilməsi gündəliyi cəmləşdirib.

"Torpaq gündəliyi çərçivəsində biz bir neçə istiqamətdə işləyirik. Birincisi, yerquruluşu ilə bağlı ənənəvi fəaliyyət növləridir. İkincisi, maliyyələşdirmə cəlb edilməklə həyata keçirilən kadastr layihələridir. Biz vahid kadastr sistemi vasitəsilə bütün region üzrə bir çox kadastr qurumları ilə qarşılıqlı əlaqədəyik. Son üç-dörd ildə reallaşdırılan yeni nəsil layihələr milli məkan infrastrukturunun yaradılmasına - daha böyük həcmdə məlumatların toplanmasına və məkan məlumatları ilə işə yönəlib", - Dünya Bankının nümayəndəsi qeyd edib.

Baş mütəxəssis vurğulayıb ki, bir çox ölkələrdə məkan məlumatları müxtəlif qurumlar arasında pərakəndə şəkildə qalır və onların emalı üçün vahid standartlar mövcud deyil: "Biz bu məlumatları vahid geoportal çərçivəsində birləşdirməyə və ümumi standartlar işləyib hazırlamağa çalışırıq. Bu, işin əsas istiqamətlərindən biridir. Daha bir prioritet geoməkan məlumatlarının planlaşdırma və digər sahələrdə praktiki tətbiqinin inkişaf etdirilməsidir".

Oxşar xəbərlər

Torner: UNECE mənzil planlaşdırması sahəsində vahid məlumat bazası yaratmaq istiqamətində fəaliyyət göstərir
Afrika İttifaqının nümayəndəsi WUF13-də qitənin nazirlər görüşünün qlobal əhəmiyyətini vurğulayıb
ADB Bakının minimum itkiyə əsaslanan su sistemi ilə təchiz olunması layihəsi üzərində işləyir
EBRD Subsaxara Afrikasında "yaşıl şəhərlər" layihələrinin icrasına başlamağı planlaşdırır
IsDB: Ənənəvi və innovativ maliyyələşdirmə üsullarının kombinasiyası tələb olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər