Torner: UNECE mənzil planlaşdırması sahəsində vahid məlumat bazası yaratmaq istiqamətində fəaliyyət göstərir
sizinxeber.az xəbər saytı

Torner: UNECE mənzil planlaşdırması sahəsində vahid məlumat bazası yaratmaq istiqamətində fəaliyyət göstərir


UNECE region ölkələrində mənzil siyasətinin, şəhər planlaşdırmasının və torpaq resurslarının idarə edilməsinin daha səmərəli inkişafı üçün məlumatların vahidliyini təmin etməyə çalışır.

"Report" xəbər verir ki, bu barədə UNECE-nin (BMT-nin Avropa İqtisadi Komissiyası) regional məsləhətçisi Xavyer Torner WUF13 çərçivəsində "Şərqi Avropa və Mərkəzi Asiya Regional Qrupu" mövzusuna həsr olunmuş panel müzakirəsində çıxış edərkən bildirib.

"ABŞ-dan Mərkəzi Asiyaya qədər uzanan region üçün məlumatların uyğunluğunu təmin etmək son dərəcə çətindir. Ölkələrimiz arasında həm Aİ ilə sıx inteqrasiya olunmuş dövlətlər, həm də inkişaf edən iqtisadiyyatlar var və əsas problem ondan ibarətdir ki, toplanmış məlumatlar hamı üçün faydalı olsun", - o deyib.

Tornerin sözlərinə görə, UNECE məkan planlaşdırması, mənzil və torpaq münasibətləri məsələlərini əhatə edən inteqrasiya olunmuş məlumat bazasının yaradılması üzərində işləyir.

O qeyd edib ki, təşkilat həmçinin regionun müxtəlif ölkələrinin kadastr və qeydiyyat sistemləri ilə əməkdaşlıq edir, dövlətlərə və şəhərlərə torpaq resurslarının idarə edilməsi sahəsində ekspert dəstəyi göstərir.

Bundan əlavə, UNECE nümayəndəsi vurğulayıb ki, təşkilat artıq 30 ildən çoxdur ki, mənzil, torpaq münasibətləri və şəhər inkişafı məsələlərinə həsr olunmuş ölkə profilləri hazırlayır.

"Bu il biz əvvəlki icmaldan on il sonra Özbəkistanın profilini yeniləyirik. Bu yaxınlarda həmçinin Monteneqro üzrə iş başa çatdırılıb, burada sosial mənzil və sosial icarə sisteminin inkişafı üzrə tövsiyələr hazırlanıb", - Torner əlavə edib.

Oxşar xəbərlər

Xavyer Torner: UNECE Ukraynanın şəhərləri üçün master-planların hazırlanması üzərində işləyir
UNECE: Orta Dəhlizi tam rəqəmsallaşdırılmış və uyğunlaşdırılmış marşruta çevirmək olar
Azərbaycan və UNECE Orta Dəhlizin potensialının artırılması üzrə görüləcək işləri müzakirə edib
Erfan Ali: 2050-ci ilə qədər dünya əhalisinin 70%-i şəhərlərdə məskunlaşacaq
Sancivani Sinqh: ESCAP ölkələrində təxminən 700 milyon insan qeyri-rəsmi yaşayış məskənlərində yaşayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər