Köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB-2
Köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb, sakinlərə evlərinin açarları təqdim olunub.
"Report" xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 97 ailənin (419 nəfər) daimi qayıdışı təmin edilib.
Köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb.
"Report" xəbər verir ki, kəndə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.
Bu mərhələdə Şükürbəyli kəndinə 97 ailə (419 nəfər) köçürülüb.
Gülər Seymurqızı
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
"Report" xəbər verir ki, bu mərhələdə Zəngilan şəhərinə 59 ailə (235 nəfər), Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 97 ailə (419 nəfər) köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Oxşar xəbərlər
Köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb - YENİLƏNİB
Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə köç karvanları yola salınıb
Zəngilana və Şükürbəyli kəndinə növbəti köç yola salındı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
