BMT rəsmisi: Dünyada 2,8 milyard insan adekvat mənzil şəraiti olmayan yerlərdə yaşayır
Dünyada 2,8 milyard insan adekvat mənzil şəraiti olmayan yerlərdə yaşayır.
"Sizinxeber.az" xəbər verir ki, bunu BMT Baş katibinin köməkçisi və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktorunun müavini Elizabet Maruma Mrema WUF13 çərçivəsində keçirilən "İqlim-mənzil əlaqəsi bərabərsizliyi və ya yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri genişləndirə bilərikmi?" mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, mənzil bazarında boşluqların aradan qaldırılması üçün araşdırmalar aparılmalı və problemlər nəzərə alınmalıdır:
"Tikinti şirkətləri iqlim şəraitini nəzərə almır və ancaq öz mənfəətlərini güdürlər. Nəticədə həmin yerlərdə işləyən insanlar əziyyət çəkir. Şirkətlər ən aşağı qiymətə evləri tikir, lakin fəsadlarından xəbərsizdirlər".
BMT rəsmisi qeyd edib ki, burada əsas problem maliyyə məsələsidir.
"Tikintidə dayanıqlı olmayan tikinti materiallarından istifadə edilir. Bahalı və keyfiyyətli ləvazimatlardan istifadə edilmir. Siyasi sferada da bu mənada boşluqlar var. Nəzarət zəifdir".
Oxşar xəbərlər
UNEP rəsmisi: "2040-cı ilə qədər iqlim riskləri 167 milyondan çox insana təsir edəcək"
BMT rəsmisi: Bütün cəmiyyətlər üçün əlçatan yaşayış mühitinin yaradılması prioritet olmalıdır
Anaklaudia Rossbax: "Adekvat mənzil anlayışı iqlim risklərini də əhatə etməlidir"
BMT nümayəndəsi: Xəzər dənizində suyun səviyyəsi hər il 6 sm azalır
UN-Habitat: Mənzil tikintisində dayanıqlılıq üçün yerli materialların təşviqi vacibdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
