Sofiyada Azərbaycan və Bolqarıstan arasında enerji təhlükəsizliyi məsələləri üzrə dəyirmi masa keçiriləcək
Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə bu ilin oktyabrında Sofiyada yüksək səviyyəli dəyirmi masa keçiriləcək.
"Report"un məlumatına görə, bu barədə səfirlik "Sinerjinin gücü: enerji təhlükəsizliyi və "yaşıl keçid" mövzusunda işçi səhər yeməyi zamanı məlumat verib.
Tədbirdə aparıcı Bolqarıstan unuversitetlərinin nümayəndələri, enerji, "yaşıl iqtisadiyyat", davamlı şəhərsalma üzrə mütəxəssislər və digər tərəflər iştirak ediblər.
İştirakçılar 2026-cı il üçün Sofiyada keçirilməsi planlaşdırılan yüksək səviyyəli müvafiq dəyirmi masa və hər iki ölkənin universitetləri arasında potensial konkret əməkdaşlıq layihələrinin hazırlanması ilə bağlı fikir mübadiləsi aparıblar.
Müzakirə enerji təhlükəsizliyi, "yaşıl keçid", dairəvi iqtisadiyyat, dayanıqlı şəhər inkişafı, texnoloji innovasiya və elmi tərəfdaşlıq sahələrində Azərbaycan-Bolqarıstan tərəfdaşlığının gücləndirilməsi imkanlarına, eyni zamanda daha geniş regional və enerji dayanaqlılığının araşdırılmasına yönəlib.
Müzakirələrdə iştirakçılar enerjinin şaxələndirilməsinin təmin edilməsində, dayanıqlı enerji infrastrukturunun gücləndirilməsində və enerji balansının daha təmiz və daha dayanıqlı enerji sistemləri ilə balanslaşdırılmasında regional əməkdaşlığın artan əhəmiyyətini vurğulayıblar.
Milli və şəhərlər səviyyəsində enerji təhlükəsizliyi, "yaşıl transformasiya" və yeni dayanıqlı iş yerlərinin yaradılmasına innovasiya yönümlü yanaşmaların dəstəklənməsində elmi institutların və elmi əməkdaşlığın roluna xüsusi diqqət yetirilib.
Görüşün enerji təhlükəsizliyi və "yaşıl keçid" üzrə sinerjinin təmin edilməsi üzrə dialoq və əməkdaşlığı daha da inkişaf etdirmək üçün siyasətçiləri, universitetləri, elmi dairələri, özəl sektoru və beynəlxalq mütəxəssisləri bir araya gətirəcəyi gözlənilir.
Oxşar xəbərlər
Sofiyada Azərbaycan–Türkiyə–Gürcüstan–Bolqarıstan enerji dəhlizi üzrə texniki işlərə start verilir
SGC Məşvərət Şurası çərçivəsində əməkdaşlıq üzrə sənədlər imzalanacaq
Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksək səviyyəli dəyirmi masada müzakirə olunan məsələlər açıqlanıb
COP29-da şəhər iqlimi fəaliyyətinin maliyyələşdirilməsi üzrə yüksək səviyyəli dəyirmi masa keçirilib
Nazir müavini: “Avropada enerji təhlükəsizliyinə töhfəmizi davam etdirəcəyik”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Rəqəmsal inkişaf dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilir: Yeni mərhələnin hədəfləri nədir? - TƏHLİL
-
DÇ-2026: İngiltərə, Belçika və ABŞ milliləri 1/16 final matçına çıxırlar
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
