Salukvadze: WUF13 Cənubi Qafqazın qlobal urbanizasiya prosesində rolunu gücləndirir
sizinxeber.az xəbər saytı

Salukvadze: WUF13 Cənubi Qafqazın qlobal urbanizasiya prosesində rolunu gücləndirir


BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu üçün mühüm əhəmiyyət daşıyır.

Bunu "Report"un Gürcüstan bürosuna dayanıqlı şəhər inkişafı, məkan planlaşdırılması və əhalinin həyat keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılmış ilk qeyri-hökumət təşkilatlarından biri "City Institute Georgia" şirkətinin direktoru Mamuka Salukvadze bildirib.

Onun sözlərinə görə, bu platforma region ölkələrinin qlobal urbanizasiya və dayanıqlı inkişaf proseslərində mövqeyini daha da gücləndirir və beynəlxalq diqqəti Cənubi Qafqaza yönəldir.

Salukvadze qeyd edib ki, Azərbaycanda həyata keçirilən iri infrastruktur layihələri, yeni şəhərlərin salınması, "ağıllı şəhər" konsepsiyasının tətbiqi və nəqliyyat sistemlərinin inkişafı ölkənin regionda aparıcı oyunçulardan biri kimi çıxış etdiyini göstərir.

O əlavə edib ki, Gürcüstan, Azərbaycan və Ermənistan üçün bu forum mühüm əhəmiyyət daşıyır, çünki region yeni çağırışlarla üz-üzədir və şəhərsalma, iqlim dəyişikliyi və infrastruktur inkişafı kimi sahələrdə əməkdaşlıq imkanları genişlənir.

"Belə forumlar Cənubi Qafqazın qlobal urbanizasiya prosesindəki rolunu yeni səviyyədə nümayiş etdirir", – o bildirib.

Oxşar xəbərlər

Kuleba: Ukrayna və Azərbaycan bərpa və yenidənqurma layihələrini müzakirə edir - EKSKLÜZİV
WUF13-ün Azərbaycanda təşkili region üçün də yeni əməkdaşlıq imkanları yaradır - RƏY
WUF13 Azərbaycanın beynəlxalq tədbirlərin idarə olunmasında təcrübəsinin göstəricisidir - RƏY
WUF13 Azərbaycanda təşkili region üçün də yeni əməkdaşlıq imkanları yaradır - RƏY
Hindistan WUF13-də dayanıqlı şəhər inkişafı strategiyasını təqdim etmək niyyətindədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər