Yuri Qusev: Azərbaycanın Qarabağın bərpası üzrə təcrübəsi Ukrayna üçün faydalı ola bilər
sizinxeber.az xəbər saytı

Yuri Qusev: Azərbaycanın Qarabağın bərpası üzrə təcrübəsi Ukrayna üçün faydalı ola bilər


Azərbaycanın Qarabağ bölgəsinin bərpası üzrə təcrübəsi Ukrayna üçün faydalı ola bilər.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Azərbaycan Prezidentinin Administrasiyasının dəvəti ilə diplomat həmkarlarımla birlikdə Qarabağ regionuna səfər etdik (1-2 may - red.). Bərpa və inkişaf tempi heyrətamizdir - Ukraynanın bərpası üçün faydalı təcrübədir", - Y.Qusev yazıb.

O, həmçinin bildirib ki, səfər çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Kiyev və Bakı arasında münasibətlərin inkişafını müzakirə edib.

Oxşar xəbərlər

Yuri Qusev: Kiyev və Bakı neft-qaz sahəsində əməkdaşlığın dərinləşdirilməsini müzakirə edirlər
Bakı ilə Kiyev arasında humanitar əməkdaşlığın gücləndirilməsi müzakirə olunub
Qusev: Ukrayna şirkətləri biznes-missiya ilə Bakıya gələcək
Ukrayna və Küveytin Bakıdakı səfirləri əməkdaşlıq məsələlərini müzakirə ediblər
Yuri Qusev Azərbaycana təşəkkür edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər