Səfir: Ukrayna Azərbaycanın göstərdiyi yardımı unutmayacaq
Ukrayna Azərbaycan Energetika Nazirliyi və Xarici İşlər Nazirliyinə humanitar yardıma görə təşəkkürünü bildirib.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev jurnalistlərə açıqlamasında deyib.
"Biz çox minnətdarıq və Azərbaycanın enerji sistemimizin bərpasında dəstəyini heç vaxt unutmayacağıq", - Y.Qusev vurğulayıb.
Səfir həmçinin Azərbaycana Ukraynanın İrpen şəhərinin bərpasında iştirakına görə minnətdarlığını ifadə edib:
"Biz İrpen şəhərinin, xüsusilə xəstəxana və məktəbin bərpasında Azərbaycan tərəfindən güclü dəstək alırıq. Hazırda azərbaycanlı tərəfdaşlarımız və dostlarımızla yeni layihə üzərində işləyirik. Bu, uşaqlar üçün məktəb olacaq, buraya uşaqlar üçün idman məktəbi və İrpenin digər sosial infrastrukturları daxil olacaq".
Y.Qusev İrpenin Azərbaycanın Laçın şəhəri ilə qardaşlaşmış şəhər olduğunu xatırladıb: "Biz ölkələrimiz arasında dərin regional əlaqələrə ümid edirik".
Oxşar xəbərlər
Səfir: Ukrayna müntəzəm humanitar yardıma görə Azərbaycana minnətdardır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: Ukrayna üçün COP29 xüsusi əhəmiyyət kəsb edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: Ukrayna və Azərbaycan regionda və dünyada ədalətli sülh, sabitlik və rifaha can atır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Laçın və İrpen qardaşlaşmış şəhərlər olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: Ukraynalı uşaqlar üçün reabilitasiya proqramına görə Azərbaycana minnətdarıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












