Bruqada: Mexiko 2030-cu ilə qədər yeni şəhər gündəliyinin formalaşdırılmasına hazırlaşır - EKSKLÜZİV
Mexiko 2030-cu ilə qədər yeni şəhər gündəliyinin formalaşdırılmasına hazırlaşır.
Bu barədə "Sizinxeber.az"a Bakıda WUF13 çərçivəsində Mexiko şəhərinin meri Klara Bruqada bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi estafetini UN-Habitat ilə birgə təhvil verməsi çərçivəsində, yaxın illərdə əsas diqqət 2030-cu ilədək olan gündəliyin həyata keçirilməsinə yönəldiləcək.
"Bu gün Azərbaycan Prezidenti UN-Habitat ilə birgə estafeti bizə təhvil verdi. Biz düşünürük ki, 2028-ci ildə forumun əsas mövzusu 2030-cu ilədək olan gündəliyin müzakirəsi olacaq - məhz o zaman BMT-nin və müxtəlif ölkələrin bərabərsizliyin azaldılmasına, resursların yenidən bölüşdürülməsinə və dayanıqlı inkişaf məqsədlərinə nail olmağa kömək etməyi hədəflədiyi mühüm bir dövr başa çatır", - o qeyd edib.
Bruqada vurğulayıb ki, 2028-ci ildə əsas diqqət dünya şəhərlərinin iştirakı ilə yeni qlobal şəhər gündəliyinin formalaşdırılmasına yönəldiləcək.
"Biz diqqətimizi mənzil siyasətinin, şəhərə olan hüququn və şəhərsalmanın müzakirəsinə cəmləyəcəyik. Məhz bu mövzular əsas olacaq", - Mexiko meri əlavə edib.
Meksikada keçiriləcək WUF14-ün mümkün mövzusu ilə bağlı sualı cavablandırarkən, Bruqada qeyd edib ki, əsas mövzu 2030-cu ilə qədərki məqsədlər kontekstində mövcud şəhər gündəliyinin yenidən nəzərdən keçirilməsi olacaq.
"Biz bilirik ki, artıq bir gündəlik mövcuddur, lakin bütün sessiyalarda eşitdiyim kimi, yeni şəhər gündəliyinin yenidən nəzərdən keçirilməsi zərurəti var. Məhz bu məsələ müzakirə olunacaq - 2030-cu ilə qədər hansı yeni hədəfləri müəyyənləşdiririk, hansı hüquq və vəzifələri müəyyən edirik, o cümlədən mənzil hüququnun insan hüququ kimi tanınması, əlçatan mənzil təminatı və centifikasiya kimi problemlərlə necə mübarizə aparacağımız", - o yekunlaşdırıb.
Oxşar xəbərlər
Klara Bruqada: Mexiko 2030-cu ilə qədər yeni şəhər gündəliyinin formalaşdırılmasına hazırlaşır - EKSKLÜZİV
WUF13-də gənclər dayanıqlı şəhərlər naminə UN-Habitat ilə əməkdaşlığı gücləndirməyə çağırır
"UN-Habitat" Azərbaycanı tarixdə ən böyük WUF-un keçirilməsi münasibətilə təbrik edib
UN-Habitat Assambleyasının prezidenti: Bakı WUF13 dövründə dünya paytaxtına çevrilib
Vladanka Andreyeva: "COP29 2030-cu ilə qədər dayanıqlı inkişaf gündəliyi üçün əsas platforma olacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
“Hizbullah” son bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib
