Yuri Qusev: Kiyev və Bakı neft-qaz sahəsində əməkdaşlığın dərinləşdirilməsini müzakirə edirlər
Azərbaycan və Ukrayna neft-qaz sahəsində əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə edirlər.
"Sizinxeber.az" xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bildirib.
"Aydındır ki, neft və qaz hasil edən və Avropa enerji bazarında öz mövcudluğunu genişləndirən Azərbaycan, eyni zamanda Rusiya yanacağından imtina edən Ukrayna belə əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır", - səfir bildirib.
O, həmçinin Azərbaycanın Ukraynanın enerji təhlükəsizliyi məsələlərində göstərdiyi yardımın dəyərini vurğulayıb.
"Azərbaycan bizim enerji sistemimizin bərpası üçün enerji avadanlığı şəklində yardım göstərməyə davam edir", - Y.Qusev bildirib.
Diplomat vurğulayıb ki, Ukraynanın uzunmüddətli strateji tərəfdaşı olan Azərbaycan, Rusiyanın qoşunlarının Ukraynaya müdaxiləsindən sonra Kiyevə ardıcıl olaraq dəstək ifadə edib və göstərib.
"Ukrayna və Azərbaycan artıq çox illərdir strateji tərəfdaşlardır və bu tərəfdaşlıq dostluğa əsaslanan əhəmiyyətli tarixi köklərə malikdir", - səfir fikrini yekunlaşdırıb.
Oxşar xəbərlər
Səfir: Ukrayna Azərbaycanın göstərdiyi yardımı unutmayacaq
Yuri Qusev: Ukrayna Yekaterinburqda azərbaycanlılara qarşı repressiv hərəkətləri qətiyyətlə pisləyir
Səfir: Ukrayna müntəzəm humanitar yardıma görə Azərbaycana minnətdardır
Səfir: Ukrayna və Azərbaycan regionda və dünyada ədalətli sülh, sabitlik və rifaha can atır
Yuri Qusev: Üç il ərzində Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb
-
“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
-
Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib
-
Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?
-
Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?












