Ukrayna Azərbaycanın Roma konfransında iştirak qərarını alqışlayır
Kiyev Azərbaycanın bu ilin iyulunda Romada keçiriləcək Ukraynanın bərpası üzrə konfransda iştirak etmək qərarını alqışlayır.
“Report” xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdiyi birgə mətbuat konfransında söyləyib.
Onun sözlərinə görə, qarşıdan gələn konfransda müharibədən sonra ölkənin bərpası üçün böyük yardım paketi ayrılacaq: “Şadam ki, Azərbaycan kimi sülhsevər bir ölkə bu konfransda iştirak edəcək. Biz gözləyirik ki, ayrılan vəsait həqiqətən də ölkəni qaydaya salmağa kömək edəcək”.
Ukraynalı nazir onu da əlavə edib ki, bugünkü danışıqlarda tərəflər humanitar minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə ediblər: “Ərazilərin minalardan təmizlənməsi bərpa prosesinin tərkib hissəsidir”.
Oxşar xəbərlər
Sibiqa: Kiyev Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Bakıya minnətdardır
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
Azərbaycan Ukraynanın bərpasına dair konfransda iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












