Bərdədə I Qarabağ müharibəsinin itkin-şəhidi Rəşadət Piriyev dəfn olunub – YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Bərdədə I Qarabağ müharibəsinin itkin-şəhidi Rəşadət Piriyev dəfn olunub – YENİLƏNİB


Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Rəşadət Piriyev dəfn edilib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Yeni Daşkənd kənd qəbiristanlığında torpağa tapşırılıb.

Bərdə rayonunda Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rəşadət Əli oğlu Piriyevlə vida mərasimi keçirilib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Bərdə rayonunun vəzifəli şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, R.Piriyev 1973-cü il oktyabrın 1-də anadan olub. O, 1994-cü ilin fevral ayında Kəlbəcər rayonu Qızıl Qaya istiqamətində gedən döyüşlərdə itkin düşüb.

R.Piriyev rayonun Yeni Daşkənd kənd qəbiristanlığında dəfn olunacaq.

Oxşar xəbərlər

Bərdədə I Qarabağ müharibəsinin itkin-şəhidi Rəşadət Piriyevlə vida mərasimi keçirilib
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rəşadət Piriyevin nəşinin qalıqları Bərdədə dəfn olunub - FOTO - YENİLƏNİB
Şəkidə Birinci Qarabağ müharibəsinin şəhidi Şahid Məmmədov dəfn edilib - YENİLƏNİB
Zərdabda Birinci Qarabağ müharibəsinin şəhidi Abuzər Abbasov dəfn edilib - YENİLƏNİB
Laçında Birinci Qarabağ müharibəsinin şəhidi Camal Quliyevlə vida mərasimi keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər