Səbinə Salmanova: Şəhərsalma məsələsi yalnız tikinti və infrastruktur anlayışı ilə məhdudlaşmır
Postmünaqişə dövründə şəhərsalma məsələsi yalnız tikinti və infrastruktur anlayışı ilə məhdudlaşmır.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Salmanova Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF 13) çərçivəsində keçirilən "Postmünaqişə dövründə yaşıl şəhərsalmada qadınların rolu və mina təhlükəsizliyi" adlı sessiyada deyib.
O bildirib ki, bu, dövlət siyasəti, milli təhlükəsizlik, sosial rifah, ekoloji məsuliyyət və milli kimliyin qorunması məsələsidir:
'Möhtərəm Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin əsas məqsədi ölkənin bütün bölgələrində dayanıqlı, təhlükəsiz və insan mərkəzli yaşayış mühitinin formalaşdırılmasıdır. Son illərdə ölkəmizin müxtəlif bölgələrində həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, yeni yaşayış kompleksləri, sosial obyektlər, məktəblər, xəstəxanalar, parklar və yol layihələri Azərbaycanın müasir şəhərsalma modelinin əsas istiqamətlərini təşkil edir".
Deputat qeyd edib ki, bu modelin ən mühüm xüsusiyyətlərindən biri isə milli dəyərlərlə müasir inkişaf prinsiplərinin vəhdətidir:
"Azərbaycanda həyata keçirilən şəhərsalma siyasəti yalnız yeni binaların tikilməsi deyil, eyni zamanda, tarixi-mədəni irsin qorunması, milli memarlıq elementlərinin yaşadılması və şəhərlərin milli kimliyinin saxlanılması deməkdir. Bu yanaşma xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq prosesində daha aydın görünür. İşğaldan azad edilmiş ərazilərdə yeni şəhərlər və kəndlər salınarkən tarixi irsin qorunmasına, milli memarlıq ənənələrinin yaşadılmasına və ekoloji tarazlığın təmin olunmasına xüsusi diqqət yetirilir".
Oxşar xəbərlər
"Euronews": Ümumdünya Şəhərsalma Forumu ərəfəsində şəhər inkişafının yeni modelləri müzakirə olunur
BMT-nin Yüksəksəviyyəli Dialoqunda Azərbaycanın mənzil siyasəti təqdim edilib
WUF13-də iştirak üçün qeydiyyatdan keçənlərin sayı açıqlanıb
Şöbə müdiri: Azad edilmiş ərazilərdə yenidənqurma prosesi plana uyğun qaydada həyata keçirilir
Anar Quliyev: "Azərbaycan azad edilmiş ərazilərdə postmünaqişə bərpasının yeni modelini formalaşdırır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
-
Tramp Polşaya 5 min ABŞ hərbçisinin göndəriləcəyini açıqlayıb
