Səfir: Meksika WUF14-ü Bakıda keçirilən sessiya qədər uğurlu təşkil etmək öhdəliyini daşıyır
Meksika bu gündən etibarən Ümumdünya Şəhərsalma Forumunun 14-cü sessiyasına hazırlıq prosesinə başlayacaq. Həmkarlarımız artıq bu məsuliyyətlə ölkəyə qayıdırlar və forumu Bakıda keçirilən sessiya qədər uğurlu təşkil etmək öhdəliyini daşıyırlar.
APA xəbər verir ki, bunu Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero WUF13-ün rəsmi bağlanış mətbuat konfransında deyib.
“Biz bir daha Azərbaycan xalqının qonaqpərvərliyinin şahidi olduq. Gənc qadın və kişilər bizi istiqamətləndirir, işimizdə və fikir mübadiləsində bizə yardım edirdilər. Meksika nümayəndə heyəti üçün onlar hətta qeydlər aparır, bütün prosesdə fəal iştirak edirdilər”, - səfir qeyd edib.
Diplomat əlavə edib ki, Mexiko şəhərinin hökuməti və UN-Habitat birlikdə koordinasiya işlərinə başlayacaq, əməkdaşlıq mexanizmləri, idarəetmə modelləri və strateji istiqamətlər üzərində çalışacaqlar. Onlar bütün maraqlı tərəflərlə əməkdaşlıq edəcəklər.
“Meksika hökuməti və Mexiko şəhəri adından Azərbaycanı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını uğurla təşkil etməsi münasibətilə təbrik etmək istəyirəm”, - o qeyd edib.
Oxşar xəbərlər
Meksika səfiri ölkəsinin Müstəqillik Gününü Şuşada qeyd edib
Meksika nümayəndəsi: WUF13-ü yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycana təşəkkür edirik
Meksika səfiri Naxçıvanda əməkdaşlıq imkanlarını müzakirə edib
Meksikanı COP29-da kimlərin təmsil edəcəyi məlum olub
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
-
Tramp Polşaya 5 min ABŞ hərbçisinin göndəriləcəyini açıqlayıb
