WUF13-ün iştirakçılarının 12 %-i vətəndaş cəmiyyətinin nümayəndələri olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
may
2026
14:00
0
0
1 000
ff aaaaaaa

WUF13-ün iştirakçılarının 12 %-i vətəndaş cəmiyyətinin nümayəndələri olub

22 may, 2026
14:00
1 000

WUF13-ün iştirakçılarının 12 %-i vətəndaş cəmiyyətinin nümayəndələri olub

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) vətəndaş cəmiyyətinin nümayəndələri iştirakçıların 12 %-ni təşkil edib, bununla da foruma geniş və fəal şəkildə cəlb edilib.

"Sizinxeber.az" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev bildirib.

Onun sözlərinə görə, biznes və innovasiya mərkəzlərinin yaradılması özəl sektor, investorlar və startaplarla əməkdaşlığı gücləndirib, şəhər transformasiyasında innovasiyanın rolunu artırıb: "İştirakçıların 13 %-ni təşkil edən özəl sektorun geniş təmsil olunması məmnunluq doğurur. Forum aydın şəkildə nümayiş etdirib ki, şəhər transformasiyası hökumətlər, icmalar və tərəfdaşlar birgə çalışdıqda daha effektiv olur. WUF13-ün mühüm xüsusiyyətlərindən biri forumun ən dinamik komponentlərindən biri olan "Urban Expo" sərgisi idi. Sərginin ümumi sahəsi 10 min kvadratmetrdən çoxdur. Ümumilikdə 81 ölkədən 260 təşkilat 122 stend və pavilyonda təmsil olunub. İştirakçılar arasında hökumətlər, akademik dairələr, vətəndaş cəmiyyəti, dövlət qurumları və özəl sektor, o cümlədən startaplar yer alıb".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul