ABŞ dövlət katibi mayın 22-də NATO ölkələrinin XİN başçıları ilə görüşəcək
sizinxeber.az xəbər saytı

ABŞ dövlət katibi mayın 22-də NATO ölkələrinin XİN başçıları ilə görüşəcək


ABŞ dövlət katibi Marko Rubio mayın 22-də İsveçin Helsinqborq şəhərində NATO ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.

"Sizinxeber.az" Dövlət Departamentinə istinadən xəbər verir ki, o, həmçinin bir sıra dövlətlərin nümayəndələri ilə Arktikada təhlükəsizlik məsələlərini müzakirə edəcək.

Qeyd olunur ki, Rubio NATO ölkələrindən olan həmkarları ilə müdafiəyə investisiyaların artırılmasının və alyansda yükün daha çox bölüşdürülməsinin zəruriliyini müzakirə edəcək. O, həmçinin Danimarka, İslandiya, Kanada, Norveç, Finlandiya və İsveç nümayəndələri ilə Arktikada iqtisadiyyat və təhlükəsizlik sahələrindəki ümumi maraqlar və Uzaq Şimalda mövcudluğun gücləndirilməsi barədə danışacaq.

ABŞ dövlət katibi, həmçinin İsveçin Baş naziri Ulf Kristersson və NATO-nun Baş katibi Mark Rutte ilə ikitərəfli görüşlər keçirəcək.

Oxşar xəbərlər

ABŞ dövlət katibi Mark Rubio Türkiyəyə səfər edəcək
ABŞ dövlət katibi Marko Rubio Türkiyəyə səfər edəcək
Marko Rubio: ABŞ NATO-da qalacaq
Tramp NATO-nun baş katibi ilə görüşəcək
Şolts NATO-nun Baş katibi ilə görüşəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər