BMT rəsmisi: Milyonlarla gənc adekvat mənzil çatışmazlığı və iqlim böhranının təsirini yaşayır
sizinxeber.az xəbər saytı

BMT rəsmisi: Milyonlarla gənc adekvat mənzil çatışmazlığı və iqlim böhranının təsirini yaşayır


Milyonlarla gənc və uşaq adekvat mənzil çatışmazlığından əziyyət çəkir, qeyri-rəsmi məskunlaşma ərazilərində yaşayır və iqlim dəyişikliklərinin təsirlərinə məruz qalır.

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində “Uşaqlar və gənclər” mövzusunda keçirilən dəyirmi masa zamanı BMT-nin Gənclərlə iş üzrə Baş katibi Felipe Paullier videomüraciətdə deyib.

O qeyd edib ki, iqlim dəyişiklikləri artıq təkcə potensial təhdid deyil, biz bunu real şəkildə görürük və bu, icmalarımıza təsir göstərir.

“Dünyanın hər yerində müxtəlif gənclər bu fəsadları müşahidə edir, bir araya gəlir, öz icmalarını qorumağa çalışır və yaradıcı, innovativ həllər təklif edirlər. Lakin real güc qərarlardan, güclü institutlardan və düzgün idarəetmədən gəlir.

Sonda vurğulayıram ki, birlikdə elə şəhərlər qurmalıyıq ki, təkcə yaşanılabilən deyil, həm də gənclərə və hamımıza aid olan şəhərlər olsun”,-deyə o vurğulayıb.

Oxşar xəbərlər

Mayra Mendoza: Latın Amerikasında şəhər əhalisinin 30%-dən çoxu qeyri-qənaətbəxş mənzil şəraitində yaşayır
COP29 sədrliyi uşaqları və gəncləri bu ilin iqlim siyasətində ön plana çəkmək öhdəliyini götürüb
Qlobal səfir: İqlim dəyişikliyinin təsirlərinə qarşı QHT-lər bir araya gəlməlidir
İqlimə həssas şəraitdə sülh və dayanıqlılığı gücləndirmək mövzusunda dəyirmi masa keçirilib
COP29-da uşaqlar, gənclər və iqlim fəaliyyəti üzrə yüksək səviyyəli dəyirmi masa keçirilib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər