Cüneyd Rafiq: Şəhər əməkdaşlığı mənzil problemlərinin həllində mühüm rol oynayır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
may
2026
14:30
ff aaaaaaa

Cüneyd Rafiq: Şəhər əməkdaşlığı mənzil problemlərinin həllində mühüm rol oynayır

21 may, 2026
14:30
985

Cüneyd Rafiq: Şəhər əməkdaşlığı mənzil problemlərinin həllində mühüm rol oynayır

Şəhər əməkdaşlığı mənzil problemlərinin həllində mühüm rol oynayır.

"Report" xəbər verir ki, bunu UCLG-MEWA-nın kommunikasiya koordinatoru Cüneyd Rafiq Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Mənzil təminatı şəhərləri bir araya gətirəndə: praktikada yerli əməkdaşlıq" adlı müzakirədə deyib.

Onun sözlərinə görə, təşkilat uzun müddətdir, şəhərləri bir araya gətirən beynəlxalq şəbəkə kimi fəaliyyət göstərir:

"Bu gün fəaliyyətimiz şəhər hüququ, mənzilin insan hüququ kimi tanınması, Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına dəstək üzərində qurulub".

C.Rafiq bildirib ki, UCLG-MEWA Yaxın Şərq və Qərbi Asiyada şəhərlərarası əməkdaşlıq platforması rolunu oynayır:

"Münaqişə, qaçqın axını, sürətli urbanizasiya və mənzil problemləri ilə üzləşən şəhərləri bir-biri ilə əlaqələndiririk. Bu əməkdaşlıq vasitəsilə şəhərlər strategiyalarını bölüşür, resurslarını birləşdirir və qlobal tərəfdaşlarla əlaqə qurur".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul