Antonio Sampayo: "Resurs qıtlığı şəhərlərdə qeyri-sabitliyi gücləndirən əsas amildir"
Resurs qıtlığı şəhərlərdə qeyri-sabitliyi gücləndirən əsas amil kimi göstərilir.
"Report" xəbər verir ki, bunu BMT-nin İqlim Təhlükəsizliyi Mexanizminin məsləhətçisi Antonio Sampayo Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Daha təhlükəsiz və dayanıqlı şəhərlərin formalaşdırılması: Şəhər iqlimi, sülh və təhlükəsizlik üzrə siyasət sənədinin layihəsi"nin müzakirəsində bildirib.
Onun sözlərinə görə, iqlim dəyişikliyi şəhər və qəsəbələrdə təhlükəsizliyi pisləşdirə bilər: "Birinci yol resurs çatışmazlığından qaynaqlanan siyasi qeyri-sabitlikdir. İqlim şokları ərzaq sistemlərini, suya çıxışı və dolanışıq imkanlarını zəiflədərək şəhərlərdə qısa müddətdə qiymət artımına, ictimai narazılığa, etirazlara, iğtişaşlara və icmalararası gərginliyə səbəb ola bilər. İqlim dəyişikliyi bu iğtişaşların tək və birbaşa səbəbi deyil. Bu məsələ akademik müstəvidə geniş müzakirə olunur. Məsələn, Suriya vətəndaş müharibəsi ilə bağlı "iqlim-münaqişə" tezisini bəzi tədqiqatçılar mübahisəli hesab edir. Bununla belə, ümumi elmi konsensus ondan ibarətdir ki, kənd yerlərindəki quraqlıq kənddən şəhərə miqrasiyanı sürətləndirib, ərzaq qiymətlərini artırıb və artıq mövcud olan siyasi, sosial və institusional gərginliklərlə birləşərək bir sıra şəhərlərdə iğtişaşların yaranmasına töhfə verib. Bu sahə, yəni şəhər qeyri-sabitliyinin ilk riski, kifayət qədər yaxşı sənədləşdirilib. Oxşar nümunələr 2008–2010-cu illərdə Afrikada baş verən ərzaq etirazlarında da müşahidə olunub. Ümumilikdə, quraqlıq və daşqınlar kimi iqlim hadisələri məhsul istehsalını pozduqda, bu təsirlər şəhərlərdə iğtişaşlar və siyasi qeyri-sabitlik kimi daha kəskin formalarda özünü göstərir".
"İkinci yol isə resurs çatışmazlığının silahlı və ya kriminal qruplar tərəfindən istismarıdır. Su, torpaq və əsas xidmətlər daha dəyərli və məhdud hala gəldikcə, silahlı qruplar, mütəşəkkil cinayət şəbəkələri və korrupsioner aktorlar bu qıtlıqdan faydalanaraq onu bir güc və təzyiq vasitəsinə çevirə bilirlər. Hesabatda bu vəziyyətə dair bir neçə nümunə, o cümlədən Yəmən üzrə hadisə araşdırması təqdim olunur. Buraya su resurslarına nəzarət edən qeyri-qanuni şəbəkələrdən tutmuş, münaqişə şəraitində infrastruktur və resurs çıxışının strateji şəkildə manipulyasiyasına qədər hallar daxildir", - deyə qonaq əlavə edib.
Oxşar xəbərlər
Antonio Sampayo: "Ekosistemlərdəki risklər şəhər sistemlərinə zəncirvari təsir edir"
BMT rəsmisi: "Kənddən miqrasiya şəhərdə riskləri artırır"
BMT: İqlim dəyişiklikləri sülh və təhlükəsizlik risklərini artırır
BMT: İqlim, sülh və təhlükəsizlik kimi mürəkkəb çağırışlar pərakəndə fəaliyyətdən çoxunu tələb edir
İşğaldan azad edilmiş ərazilərdə 15 dəqiqəlik şəhər konsepsiyası tətbiq olunur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
