WUF13-də fəlakətlərdən sonra bərpa sənədi təqdim edilib
sizinxeber.az xəbər saytı

WUF13-də fəlakətlərdən sonra bərpa sənədi təqdim edilib


Dünyada milyonlarla insan səbəbkarı olmadıqları fəlakətlərin dağıntıları içində yaşayır və mövcud bərpa mexanizmləri artıq qlobal çağırışlara cavab vermir.

Sizinxeber.az xəbər verir ki, bunu Beynəlxalq Landşaft Memarları Federasiyasının (IFLA) nümayəndəsi Ketrin Mur WUF13 çərçivəsində keçirilən tədbirdə deyib.

O, “Fəlakətlərdən Sonra Transformativ Bərpa üçün Çərçivə” adlı yeni qlobal təşəbbüsü təqdim edib.

Qeyd olunub ki, yeni çərçivə yalnız növbəti siyasət sənədi yox, fəlakətdən sonrakı bərpa anlayışının yenidən düşünülməsinə çağırışdır. Sənəd təhlükəsiz və dayanıqlı yaşayış məskənlərinin yaradılması, əlçatan mənzil təminatı, sosial bərabərlik və icmaların qərarvermə prosesində iştirakını əsas prioritet kimi müəyyən edir.

Sənəddə xüsusilə qadınlar, yaşlılar, əlilliyi olan şəxslər, qeyri-rəsmi yaşayış məntəqələrinin sakinləri və məcburi köçkünlərin bərpa proseslərindən kənarda qalmaması vacib prioritet kimi göstərilir.

Çıxış zamanı vurğulanıb ki, təkrarlanan fəlakətlər artıq qlobal mənzil böhranının ayrılmaz hissəsinə çevrilib. Bir çox ölkələrdə dağılan mənzillərin sayı təhlükəsiz və əlçatan yaşayış sahələrinin tikinti tempini üstələyir.

Oxşar xəbərlər

COP29 Sülh, Yardım və Bərpa Gününün açılışı olub - FOTO
BMT Assambleyasının Prezidenti: Azərbaycan WUF13 kimi mühüm qlobal tədbirə uğurla ev sahibliyi edir
Mayra Mendoza: Latın Amerikasında şəhər əhalisinin 30%-dən çoxu qeyri-qənaətbəxş mənzil şəraitində yaşayır
Fatih Birol: 2030-cu ilə qədər qlobal enerji tutumu 2,7 dəfə artacaq
WUF13-də mənzil maliyyələşməsi üçün yeni yanaşmalar müzakirə olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər