Zəngilanda sərfəli sıra evlər konseptində yeni prototip təqdim olunub
sizinxeber.az xəbər saytı

Zəngilanda sərfəli sıra evlər konseptində yeni prototip təqdim olunub


Zəngilanda Azərbaycan kontekstində sərfəli sıra evlər konseptində yeni prototip təqdim edilib.

"Sizinxeber.az" xəbər verir ki, barədə Şəhər dizaynı və planlaması üzrə ixtisaslaşmış "SA-Partners" şirkətinin təsisçi tərəfdaşı Dunja Kovari Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi və SCUPA ilə birlikdə məktəb binaları üçün yeni prototip təqdim edilib: "Bu məktəb binası, ilk növbədə, böyüməyə uyğunlaşa bilir və ikincisi, uşaqlar üçün çox yaxşı təlim mühitini təşviq edir. Təkcə fərdi öyrənmə zonaları ilə deyil, həm də forması ilə cəlb edir. Forma uşaqları qaçmağa və hərəkət etməyə dəvət edir və biz aşkar etdik ki, hərəkət və idman uşaqların yaxşı inkişafının və intellektin formalaşmasının əsasını təşkil edir. Bu, Zəngilanda təqdim etdiyimiz və Kəlbəcərdə dağlıq əraziyə bir qədər fərqli formada uyğunlaşdırdığımız bir prototipdir".

O bildirib ki, şəhərlər insanlar üçün olduğu üçün icma və icma mərkəzlərinin mövcudluğu xüsusi əhəmiyyət kəsb edir: "Bizə 2023-cü ildə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) keçirildiyi Zəngilan Konqres Mərkəzinin tikilməsi tapşırılıb. Bu Konqres Mərkəzi sadəcə konqres mərkəzi deyil, o, Zəngilan sakinləri üçün icma mərkəzidir".

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanında ipoteka bazarının ümumi dəyəri açıqlanıb
Alissa Bankovska: Ukraynada müharibə şəraitində şəhərlərin dayanıqlılığının yeni modelləri sınaqdan keçirilir
UN-Habitat: Qeyri-rəsmi məskunlaşma aradan qaldırılmalı, yeni evlər tikməlidilər
OECD: Dünya mənzil problemi ilə deyil, faktiki olaraq mənzil böhranı ilə üz-üzədir
Anar Quliyev: WUF13 məqsədlərinə doğru addımlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər