COP29 sədrliyi uşaqları və gəncləri bu ilin iqlim siyasətində ön plana çəkmək öhdəliyini götürüb
Azərbaycan “Uşaqlar, gənclər və iqlim fəaliyyəti haqqında" bəyannaməni imzalamaqla uşaqlar və gənclərin hamımız üçün xüsusi diqqət mərkəzində olması siqnalını verdi.
Sizinxeber.az xəbər verir ki, bunu COP29-un Azərbaycan üzrə gənclər iqlim çempionu Leyla Həsənova “Uşaqlar, gənclər və iqlim fəaliyyəti haqqında" bəyannamənin imzalanma mərasimində qeyd edib.
O deyib ki, COP29 sədrliyi uşaqları və gəncləri bu ilin iqlim siyasətində ön plana çəkmək öhdəliyini götürüb:
"İqlim dəyişikliyi müzakirə edilərkən burada uşaqları və gəncləri diqqətdə saxlamalıyıq. Qərarlarınızın indiki və gələcək nəsillərə təsir edə biləcəyini düşünün. Önümüzdəki həftələr ərzində və sonrakı aylarda gənclər üçün iqlim fəaliyyətində irəliləyiş əldə etmək üçün əlavə imkanlar olacaq".
O əlavə edib ki, iqlim maliyyəsinin uşaqlar və gənclər üçün əlçatan olması təmin edilməlidir.
Oxşar xəbərlər
Azərbaycan Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalayıb
Pre-COP29-da iqlim dəyişikliyinin uşaqlara təsirləri müzakirə edilib
Saymon Still: COP29 iqlim dəyişikliyi məsələsinin gündəmdə saxlanılmasında mühüm rol oynayacaq
Leyla Həsənova: İqlimlə bağlı fəaliyyətin şəffaflığının təmin edilməsinə gənclərin cəlb edilməsi vacibdir
Nigar Arpadari: Bakı İqlim Həftəsinin fəaliyyəti bir çağırışdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













