COP29-da uşaqlar, gənclər və iqlim fəaliyyəti üzrə yüksək səviyyəli dəyirmi masa keçirilib - FOTO
sizinxeber.az xəbər saytı

COP29-da uşaqlar, gənclər və iqlim fəaliyyəti üzrə yüksək səviyyəli dəyirmi masa keçirilib - FOTO


COP29 çərçivəsində Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti üzrə yüksək səviyyəli dəyirmi masa keçirilib.

Sizinxeber.az xəbər verir ki, tədbir COP29 Prezidentliyinin Gənclər İqlim Çempionu, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən UNICEF-in tərəfdaşlığı ilə təşkil olunub.

Dəyirmi masa insan inkişafı, təhsil, sağlamlıq və sosial müdafiə və s. sahələri əhatə edən müzakirələr, nazirlərin, UNICEF və BMT-nin digər təşkilatlarının, vətəndaş cəmiyyəti üzvlərinin, uşaq və gənclər təşkilatlarının nümayəndələrinin çıxışları ilə davam edib.

Qeyd olunub ki, hər il iqlim dəyişikliyi, xüsusən də iqlimin yaratdığı fəlakətlərdən sonra yerdəyişmə və məktəbə çıxışın məhdudlaşdırılması ilə təxminən 40 milyon uşağın təhsilinə maneə yaranır. Bu təsir artmaqda davam edir və həm də mövcud gender bərabərsizliyini gücləndirir. Məsələn, yeniyetmə qızlar və gənc qadınlar iqlim böhranları zamanı gender əsaslı zorakılıq və istismar riski ilə üzləşirlər.

Dəyirmi masada bildirilib ki, İqlimə Dayanıqlılıq üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü fərdlərin rifahının təmin edilməsinə, uşaqların və gənclərin iqlim böhranının həllinə töhfə üçün səlahiyyətləndirilməsinə xidmət edir.

Tədbir müzakirələrdən sonra sual-cavabla yekunlaşıb.

Oxşar xəbərlər

COP29 sədrliyi uşaqları və gəncləri bu ilin iqlim siyasətində ön plana çəkmək öhdəliyini götürüb
UNICEF nümayəndəsi: Son iki ildə 400 milyon uşaq daşqın, quraqlıq və istilərə görə məktəbə getməyib
UNICEF rəsmisi: Son iki ildə 400 milyon uşaq təbii fəlakətlər səbəbindən məktəbə gedə bilməyib
İqlimə həssas şəraitdə sülh və dayanıqlılığı gücləndirmək mövzusunda dəyirmi masa keçirilib
UNICEF: Azərbaycanın Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalamasını alqışlayırıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle