Mərakeş rəsmisi: Əsas məqsəd sakinləri qorumaq, onları şəhər həyatının mərkəzində saxlamaqdır
Paralel şəkildə iqtisadi fəaliyyət inkişaf etdirilməzsə, təkcə binanı qorumağın mənası olmaz.
APA xəbər verir ki, bunu Mərakeş Krallığının mənzil məsələləri üzrə Milli Ərazi, Şəhərsalma, Mənzil və Şəhər Siyasəti Nazirliyinin Dövlət katibi Ədib Benbrahim WUF13 çərçivəsində keçirilən “Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər rejenerasiyası” adlı forumda bildirib.
“Çünki həmin binanın yaşaması üçün maliyyə resursları və iqtisadi həyat da lazımdır. Həmçinin ticarət fəaliyyətləri də nəzərə alınmalıdır və onları necə inkişaf etdirib səviyyəsini artırmaq olar ki, eyni zamanda şəhərin kimliyi də qorunsun. Belə proseslər nəticəsində məhəllələrin dəyəri artır bu tam normaldır. Amma burada yaşayış xərclərinin artması kimi ciddi bir problem yarana bilər. Bu zaman bəzi sakinlər məcburiyyət qarşısında qalaraq daha ucuz yaşayış sahələrinə köçməyə başlayırlar. Bu isə yerindən edilmə problemi yaradır və ciddi məhdudiyyət kimi ortaya çıxır.
Buna görə bu vəziyyət çox diqqətlə idarə olunmalı, araşdırılmalı və elə planlaşdırılmalıdır ki, əsas məqsəd sakinləri və icmaları qorumaq, onları şəhər həyatının mərkəzində saxlamaq olsun”, - o bildirib.
Oxşar xəbərlər
Nazir: Anqola dayanıqlı şəhər inkişafı üçün mənzil proqramlarını genişləndirir
UN-Habitatın mütəxəssisi: Mənzil məsələləri şəhər gündəmlərinin ən mühüm mövzularından birinə çevrilib
Meksikalı nazir: Şəhər regenerasiyası azruolunmaz nəticələrə səbəb olmamalıdır
Anar Quliyev: WUF13-ə ev sahibliyi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
