Mikayıl Cabbarov: Qanunsuz tikililərin amnistiyası yeni risklər yarada bilər
sizinxeber.az xəbər saytı

Mikayıl Cabbarov: Qanunsuz tikililərin amnistiyası yeni risklər yarada bilər


Qanunsuz tikililərin leqallaşdırılması sosial problemlərin həllinə kömək etsə də, uzunmüddətli perspektivdə yeni risklər yarada bilər.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov WUF13 çərçivəsində keçirilən “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı” adlı dialoq sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son illərdə Azərbaycanda çoxmənzilli yaşayış binalarının istismara qəbul prosedurları sadələşdirilib, şəhərsalma standartlarına cavab verən bəzi qeyri-rəsmi tikililər üçün isə amnistiya mexanizmləri tətbiq olunub.

Nazir qeyd edib ki, leqallaşdırma prosesinə ehtiyatla yanaşmaq vacibdir. Çünki qanunsuz tikililərə sadə amnistiyanın verilməsi müəyyən sosial problemləri qısa müddətdə həll etsə də, gələcəkdə icazəsiz tikintilərin artmasını təşviq edə bilər.

Mikayıl Cabbarovun sözlərinə görə, bu isə torpaq istifadəsi, kənd təsərrüfatı torpaqları, meşə sahələri, su ehtiyatları və kritik infrastruktur zonalarına təzyiqin artmasına səbəb ola bilər.

Oxşar xəbərlər

Mikayıl Cabbarov: Böyük Qayıdış mənzil təminatına düşən təzyiqi əhəmiyyətli dərəcədə azaldır
Mikayıl Cabbarov: Sovet dövründə gecəqondular dövlət siyasəti kimi qəbul edilmirdi
WUF13-də qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası müzakirə olunur
Mayra Mendoza: Latın Amerikasında şəhər əhalisinin 30%-dən çoxu qeyri-qənaətbəxş mənzil şəraitində yaşayır
Mikayıl Cabbarov: Karbon bazarlarının fəaliyyəti real görünür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər