UN-Habitatın icraçı direktoru: Azərbaycan dünyaya bəxş etdiyi daha bir irsi təmsil edir
sizinxeber.az xəbər saytı

UN-Habitatın icraçı direktoru: Azərbaycan dünyaya bəxş etdiyi daha bir irsi təmsil edir


Bu gün Azərbaycan dünyaya bəxş etdiyi daha bir irsi təmsil edir. Sessiyalar boyunca artıq bir sıra belə nümunələri qeyd etmişik.

APA xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Bakı Şəhər Mükafatı: Qlobal Təsir üçün Mənzil Həllərinin Genişləndirilməsi” adlı tədbirdə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib.

O, bir neçə məqamı bir-birilə əlaqələndirmək istədiyini qeyd edib: “İlk növbədə UN-Habitat üçün mükafatların əhəmiyyətini vurğulamaq istəyirəm. Burada tərəfdaşlarımız da iştirak edir. Biz müxtəlif tərəfdaşlarla birlikdə mükafatların təqdim olunması istiqamətində güclü əməkdaşlıq qurmuşuq. Bəs niyə mükafatlar bu qədər vacibdir? Çünki onlar bizə imkan verir ki, yüksək səviyyəli kuratorlarla, akademik dairələrlə, ekspertlərlə, vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edək və Yeni Şəhər Gündəliyin irəliləməsinə kömək edən uğurlu təcrübələri müəyyənləşdirək. İkinci vacib məqam isə budur ki, biz bu təcrübələri toplayaraq qlobal urban ictimaiyyətə praktik istifadəyə yararlı ictimai dəyər təqdim edirik. Beləliklə insanlar siyasət trendlərinin nə olduğunu görə bilir, milli hökumətlərin, vətəndaş cəmiyyətinin, özəl sektorun, icmaların, yerli və regional hökumətlərin problemləri necə həll etdiyini praktiki şəkildə müşahidə edə bilirlər. Onlar innovasiyaları, praktik həlləri, uğurlu yanaşmaları görürlər. UN-Habitatın çox geniş tərəfdaşlıq şəbəkəsi var. Amma bu xüsusi təşəbbüs məhz forumun mövzusu ilə birbaşa bağlıdır”.

Oxşar xəbərlər

UN-Habitat: Bu gün bir çox şəhərlərdə dağıdıcı daşqınlar, torpaq sürüşmələri və yanğınlar baş verir
UN-Habitat-ın icraçı direktoru: Nyu-Yorkda şəhərsalma gündəliyini yeniləyəcəyik
BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Prezident İlham Əliyevlə görüşündən paylaşım edib
İcraçı direktor: WUF13 indiyədək keçirilmiş ən böyük Dünya Şəhərsalma Forumudur
Dövlət Komitəsinin nümayəndə heyəti Nayrobidə BMT-nin tədbirində iştirak edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər