Milli Paralimpiya Komitəsinin rəhbərliyi beynəlxalq yarışlarda medal qazanan idmançılarla görüşüb
sizinxeber.az xəbər saytı

Milli Paralimpiya Komitəsinin rəhbərliyi beynəlxalq yarışlarda medal qazanan idmançılarla görüşüb


Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyi parataekvondo üzrə Avropa çempionatında və paraüzgüçülük üzrə Dünya Seriyasında uğur qazanan idmançılarla görüş keçirib.

Qurumdan "Sizinxeber.az"a verilən məlumata görə, görüşdə Almaniyada keçirilən yarışlarda 2 gümüş medal qazanan parataekvondoçular İmaməddin Xəlilov və Sabir Zeynalov, eləcə də 1 gümüş və 1 bürünc medal əldə edən paraüzgüçü Əli Vəliyev və onların məşqçiləri iştirak ediblər.

Toplantı zamanı idmançıların çıxışları dinlənilib, milli komandaların gələcək uğurlarının davamlı olması üçün görüləcək işlər müzakirə olunub. Görüşdə Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov, İdman şöbəsinin müdiri Cavad Axundzadə və digər komitə rəsmiləri iştirak ediblər.

Oxşar xəbərlər

Azərbaycan taekvonduçularının 2024-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb
Yay Paralimpiya Oyunlarında qızıl və bürünc medal qazanan parataekvondoçularımız vətənə dönüb - FOTO
Avropa Paralimpiya Komitəsinin prezidenti Milli Paralimpiya Komitəsinin rəhbərliyi ilə görüşüb
ABŞ səfirliyi Paralimpiya Oyunlarında medal qazanan Azərbaycan idmançılarını təbrik edib
Dünya Kubokunda medal qazanmış parapauerliftinqçilərlə görüş keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər