Abedneqo Çanda: İmkansızların mənzillə təmin edilməsi üçün kartoqrafik məlumatlardan istifadə etmək vacibdir
Kartoqrafik məlumatların toplanması yoxsulların və imkansızların mənzillə təmin edilməsi üçün ən mühüm vəzifədir.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Zambiyanın Evsizlər və Yoxsullar" (Zambia Homeless and Poor People"s Federation) federasiyasının nümayəndəsi Abedneqo Çanda WUF13 çərçivəsində "İcma məlumatlarından ictimai təsirə - praktiki təcrübəyə malik ekspertlərin baxışı" mövzusuna həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, məhz məlumatlarla işləmək icmalara mənzil problemlərinin real miqyasını anlamağa və praktiki həllər hazırlamağa imkan verir.
"Məlumatların toplanması sayəsində sakinlər indi öz ərazilərində mənzil qıtlığının nə qədər böyük olduğunu, orada nə qədər su nöqtəsinin olduğunu, nə qədər insanın damı axan evlərdə yaşadığını və nə qədər insanın ümumiyyətlə mənzilsiz olduğunu bilirlər", - o bildirib.
Çanda qeyd edib ki, icma sakinləri özləri hər gün qarşılaşdıqları problemləri daha yaxşı başa düşürlər, buna görə də "aşağıdan yuxarıya" yanaşması şəhər inkişafında əsas rol oynayır. Onun sözlərinə görə, gənclərin və yerli sakinlərin xəritəçəkmə və məlumatların təhlilində iştirakı şəhər planlaşdırıcılarına və tədqiqatçılara əhalinin ehtiyaclarına cavab verən həlləri birgə hazırlamağa kömək edir.
O həmçinin, sakinlərlə məsləhətləşmələrin olmamasının ictimai obyektin tikintisi ətrafında münaqişəyə səbəb olduğu bir nümunə gətirdi. Onun sözlərinə görə, bu, istənilən inkişaf layihələrinin icmaların özlərinin iştirakı ilə həyata keçirilməli olduğunu göstərir.
Federasiya nümayəndəsi vurğulayıb ki, sakinlərin yığımlara və kollektiv işə əsaslanan birgə təşəbbüsləri artıq həssas ailələrə layiqli mənzil əldə etməyə və yaşayış şəraitini yaxşılaşdırmağa kömək edir.
Oxşar xəbərlər
Enn Vambui: Qeyri-rəsmi yaşayış məskənləri iqlim dəyişikliyindən ən çox zərər görən ərazilərdir
Yalçın Rəfiyev: "Şəhərlərdə iqlim fəaliyyətlərinin maliyyələşdirilməsi üçün praktiki həllər vacibdir"
BMT Assambleyasının Prezidenti: Azərbaycan WUF13 kimi mühüm qlobal tədbirə uğurla ev sahibliyi edir
UN-Habitat: Ölkələr milli mənzil siyasətlərini yeniləməlidir
UN-Habitat: Davamlılıq milli mənzil siyasətlərində əsas prioritetə çevrilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
