Abşeron Tullantı Hövzəsində bir poliqon və dörd ötürücü məntəqənin tikilməsi planlaşdırılır
sizinxeber.az xəbər saytı

Abşeron Tullantı Hövzəsində bir poliqon və dörd ötürücü məntəqənin tikilməsi planlaşdırılır


Abşeron Tullantı Hövzəsində bir poliqon və dörd ötürücü məntəqənin tikilməsi planlaşdırılır.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Xarici maliyyə institutları və investisiya fondları ilə iş üzrə departamentində Beynəlxalq investisiya fondları və donorlarla əməkdaşlıq şöbəsinin müdiri Günel Quliyeva WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Plastik çirklənməsi ilə mübarizə: yaşayış üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi” adlı tədbirdə deyib.

O bildirib ki, İqtisadiyyat Nazirliyinin Dünya Bankı ilə birgə əməkdaşlığı çərçivəsində müxtəlif işlər görülür:

“Layihə çərçivəsində çirklənmiş ərazilərin təmizlənməsi istiqamətində addımlar atılacaq. Abşeron tullantı hövzəsi üzrə Abşeronda bir poliqon, Xızı və Şamaxı ərazilərində isə dörd ötürücü məntəqənin tikintisi planlaşdırılır. Layihənin növbəti mərhələlərində əlavə ötürücü məntəqələrin tikintisi də nəzərdə tutulur.

Bu istiqamətdə əsas məqsədlərdən biri beynəlxalq təcrübənin tətbiqi və müasir standartların poliqon tikintisində istifadə edilməsidir. Biz bu layihələr üzərində məsuliyyətlə çalışırıq və düşünürük ki, növbəti mərhələlərdə regionlarda poliqonların və transfer mərkəzlərinin tikintisi nəticəsində, artan əhali yükü nəzərə alınaraq Abşeron ərazisində məişət tullantılarının idarə olunmasında daha yaxşı nəticələr əldə ediləcək”, – o qeyd edib.

Oxşar xəbərlər

Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
UNEP: Şəhərlər dünyada plastik tullantıların böyük hissəsini yaradır
Nazir müavini: Plastik tullantıların artması ekosistemin pozulmasına səbəb olur
Havanın çirklənməsi səbəbindən ötən il 30 min iranlı ölüb
Azərbaycan ilə ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər