Azərbaycan ilə ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
sizinxeber.az xəbər saytı

Azərbaycan ilə ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub


Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Ağ evin Elm və Texnologiya Siyasəti İdarəsinin direktoru Maykl Kratsios ilə görüşüb.

APA xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərinin ikitərəfli münasibətlərin gündəliyinin müzakirəsi, strateji müstəvidə tərəfdaşlığın inkişafı üçün əlverişli zəmin yaratdığı vurğulanıb. Ölkələrimiz arasında qarşılıqlı maraqlar çərçivəsində həyata keçirilən layihələrin regionun inkişafı üçün önəmi qeyd olunub, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialın birgə təşəbbüslərlə reallaşdırılması imkanları nəzərdən keçirilib.

Müzakirələrdə Azərbaycanın strateji coğrafi mövqeyi, iqtisadiyyatın şaxələndirilməsi üçün həyata keçirilən islahatların uğurlu nəticələri, qeyri-neft-qaz sektorunun inkişafı, əlverişli biznes və investisiya mühiti qeyd olunub. Vurğulanıb ki, qlobal çağırışlar fonunda iqtisadiyyatın rəqəmsal transformasiyası, bilik əsaslı sahələrin təşviqi Azərbaycanın inkişaf strategiyasının əsas prioritetlərindəndir.

Görüşdə texnoloji innovasiyalar, elmi yeniliklər və süni intellektin iqtisadi transformasiyada fundamental rolu vurğulanıb. Azərbaycanın regionda strateji bilik və innovasiya mərkəzinə çevrilməsi üçün görülən işlər, bu istiqamətdə ölkələrimiz arasında əməkdaşlıq potensialının reallaşdırılması imkanları qeyd olunub.

Oxşar xəbərlər

Mikayıl Cabbarov Ağ Evin Elm və Texnologiya Siyasəti İdarəsinin direktoru ilə görüşüb
Azərbaycan və ABŞ iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Baş nazir Əli Əsədov Çinin Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan və Venesuela arasında regional-beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub
Xələf Xələfov Qazaxıstana səfər edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər