Azərbaycan gimnastları "AGF Trophy" beynəlxalq turnirinin ilk iki günündə 5 medal qazanıblar
sizinxeber.az xəbər saytı

Azərbaycan gimnastları "AGF Trophy" beynəlxalq turnirinin ilk iki günündə 5 medal qazanıblar


Azərbaycanın idman gimnastları Bakıda keçirilən "AGF Trophy" beynəlxalq turnirinin ilk iki günündə 5 medal qazanıblar.

"Sizinxeber.az" xəbər verir ki, bu gün Rəsul Əhmədzadə çoxnövçülük proqramında qızıl medala sahib çıxıb.

Qızların yarışında isə Xədicə Abbaszadə eyni proqramda üçüncü yeri tutub.

Yarışın ilk günündə Leyla Məmmədzadə bürünc medal qazanıb. Həmçinin Azərbaycanın gənc qadınlardan və kişilərdən ibarət komandaları da eyni mükafata sahib çıxıb.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan, 5 ölkədən 50-yə yaxın gimnastın mübarizə apardığı "AGF Trophy" beynəlxalq turnirində Azərbaycanı 16 idmançı təmsil edir. Yarış sabah başa çatacaq.

Oxşar xəbərlər

Azərbaycanın aerobika gimnastları Bratislavada bürünc medal qazanıblar
Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 12 medal qazanıblar
Azərbaycan gimnastları Bakıdakı turnirdə gümüş medal qazanıblar
Azərbaycan gimnastları beynəlxalq turnirdə 1 qızıl, 1 bürünc medal qazanıblar
Azərbaycan güləşçiləri Xorvatiyada “Zaqreb Open”in ilk günündə 5 medal qazanıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər