Bakıda "Təhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsi" mövzusunda tədbir keçirilib
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası çərçivəsində “Dayanıqlılığın artırılması üçün iqlim məlumatının və Təhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsi” üzrə yüksək səviyyəli tədbir keçirilib.
APA xəbər verir ki, tədbirdə erkən xəbərdarlıq sistemləri üzrə tərəfdaş beynəlxalq təşkilatlar - Ümumdünya Meteorologiya Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Fəlakət Riskinin Azaldılması Ofisi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Qlobal İqlim Fondu, BMT-nin Ətraf Mühit Proqramı, Asiya İnkişaf Bankının, müxtəlif aparıcı təşkilatların, eləcə də elmi institutların nümayəndələri iştirak edib.
İclasda erkən xəbərdarlıq sisteminin əhəmiyyəti vurğulanıb, “İqlim üzrə Bakı Dialoqu Təşəbbüsü” təşviq olunub.
Qeyd edək ki, cari ilin 28 oktyabr tarixində Azərbaycanda “Dayanıqlılığın artırılması üçün iqlim məlumatının və Təhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsi” layihəsi Global İqlim Fondu tərəfindən təsdiq edilib.
Oxşar xəbərlər
Umayra Tağıyeva: Azərbaycanda istilik dalğaları artıb
Nyu-Yorkda COP29 Sədrliyinin təşəbbüsü ilə İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Forum keçirilib - FOTO
COP29 çərçivəsində “Yer Məlumat Günü 2024” mövzusunda plenar sessiya keçirilib
İqlimə həssas şəraitdə sülh və dayanıqlılığı gücləndirmək mövzusunda dəyirmi masa keçirilib
COP29 Sülh, Yardım və Bərpa Gününün açılışı olub - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
