Azərbaycan və Pakistan qlobal gündəmə aid məsələləri müzakirə edib
Azərbaycan Prezidenti İlham Əliyev ilə Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı olub, söhbət zamanı qlobal gündəm məsələləri və Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) müzakirə edilib.
"Report" xəbər verir ki, bu barədə Şahbaz Şərif "X" sosial şəbəkə hesabında yazıb.
"Bu axşam sevimli qardaşım, Prezident İlham Əliyev ilə söhbət etməkdən məmnun oldum. Səmimi fikir mübadiləsi zamanı Pakistan və Azərbaycan arasında dərin qardaşlıq əlaqələrini, ticarət, investisiya və enerji sahələrində əlaqələrin və əməkdaşlığın daha da gücləndirilməsinə ortaq sadiqliyimizi təsdiqlədik," - o bildirib.
Şahbaz Şərif həmçinin Bakıda keçiriləcək WUF13 üçün Azərbaycana uğurlar arzulayıb və vurğulayıb ki, tədbir Prezident İlham Əliyevin rəhbərliyi altında qlobal şəhər inkişaf gündəminə mühüm töhfə verəcək. O qeyd edib ki, Pakistan forumda yüksək səviyyədə təmsil olunacaq.
"Biz həmçinin regional hadisələr, xüsusilə Yaxın Şərqdə sülhün bərqərar olunması istiqamətində davam edən səylər barədə fikir mübadiləsi apardıq. Prezident Əliyevin regionda sülh, dialoq və diplomatiyanın təşviqi üçün Pakistanın səmimi səylərinə dair xoş sözlərini yüksək qiymətləndirirəm," - Ş. Şərif əlavə edib.
Qeyd edək ki, Azərbaycan və Pakistan liderlərinin telefon danışığı barədə Prezident İlham Əliyevin də "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
Azərbaycan Prezidenti və Pakistan Baş naziri arasında telefon danışığı olub
Şahbaz Şərif: İlham Əliyevlə gözəl və sakit Laçın şəhərində görüşməkdən şərəf duydum
Şahbaz Şərif İlham Əliyevi və Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
