WUF13 zamanı telekommunikasiya xidmətlərinin təmin edilməsi müzakirə edilib
sizinxeber.az xəbər saytı

WUF13 zamanı telekommunikasiya xidmətlərinin təmin edilməsi müzakirə edilib


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək 13-cü sessiyasında (WUF13) telekommunikasiyaya olan tələbatının yüksək səviyyədə təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Bu barədə "Sizinxeber.az"a RİNN-dən məlumat verilib.

Bildirilir ki, bu tədbirə hazırlıqla bağlı ölkə ərazisində, habelə tədbir məkanlarında dayanıqlı və keyfiyyətli telekommunikasiya xidmətlərinin təmin edilməsi məqsədilə görülmüş işlər və son vəziyyətə dair nazirlikdə keçirilən iclasda baş tutub.

Nazir müavini Saməddin Əsədovun sədrlik etdiyi iclasda ölkə ərazisində, habelə tədbir məkanlarında dayanıqlı və keyfiyyətli telekommunikasiya xidmətləri ilə bağlı həyata keçirilmiş işlər, Bakı Olimpiya Stadionunda internet xidmətlərinə olan tələblər müzakirə edilib. Həmçinin internet xidmətlərinin, beynəlxalq internet kanallarının, mobil telefon rabitəsinin (səs/internet) təşkili üzrə hazırkı vəziyyət nəzərdən keçirilib.

Oxşar xəbərlər

RİNN bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejiminə keçəcək
Azərbaycanda telekommunikasiya sahəsində kolokasiya və birgə istifadə mexanizmləri yaradılacaq
RİNN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər