"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsinin medalçıları mükafatlandırılıb
sizinxeber.az xəbər saytı

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsinin medalçıları mükafatlandırılıb


"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsinin medalçıları mükafatlandırılıb.

"Sizinxeber.az"un Naftalana ezam olunan əməkdaşı xəbər verir ki, tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov, vitse-prezident və turnirin Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov iştirak ediblər.

İtaliyanın "Bardiani CSF 7 Saber" komandasının üzvü Marko Manentiyə qızıl, "Astana"dan Henok Mulubrhana gümüş, "Roojai İnsurance Winspace" komandasından Pita Kristian Davidə bürünc medal təqdim olunub.

İlk mərhələdə finişə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb. Növbəti gün "Astana"nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov qalib olub. Üçüncü mərhələdə "Astana"nın rusiyalı üzvü Qleb Suritsa bütün rəqiblərini qabaqlayıb.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

Turnirin son mərhələsi isə Xankəndi şəhərində baş tutacaq.

Oxşar xəbərlər

Marko Manenti "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsinin qalibi olub
Bu gün "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsi keçiriləcək
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsinin medalçıları mükafatlandırılıb
Qleb Suritsa "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsinin qalibi olub
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin medalçıları mükafatlandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər