Rusiyada güclü partlayış olub, fövqəladə vəziyyət elan edilib
sizinxeber.az xəbər saytı

Rusiyada güclü partlayış olub, fövqəladə vəziyyət elan edilib


Rusiyanın Vladimir vilayətinin Kirjaç rayonunda partlayış baş verib, həmin ərazidə fövqəladə vəziyyət elan edilib.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Kirjac rayonunda partlayış baş verib. Hadisə yerində məsul qurumlar işləyir. Daha sonra ətraflı məlumat veriləcək", - vilayətin qubernatoru Aleksandr Avdeyev “Telegram” kanalında bildirib.

Vladimir vilayətinin Kirjaç rayonunun başçısı Yelena Karpova qeyd edib ki, hadisə yerinə bütün çevik reaksiya qüvvələri cəlb edilib.

Kirjaç rayonunun Barsovo və Mirnıy qəsəbələrindən sakinlərin təxliyəsi həyata keçirilir.

Oxşar xəbərlər

Rusiyada partlayışın baş verdiyi rayonda fövqəladə vəziyyət rejimi tətbiq edilib - VİDEO - YENİLƏNİB
Primorskda anbarda güclü partlayış baş verib
Bakıda qazanxanada partlayış olub, xəsarət alan var
Primorskda baş verən partlayışda iki nəfər xəsarət alıb - YENİLƏNİB
Nübar qəsəbəsində partlayış olub, 5 nəfər yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər