Nübar qəsəbəsində partlayış olub, 5 nəfər yaralanıb
Abşeron rayonunun Nübar qəsəbəsində fərdi yaşayış evində baş vermiş partlayışda beş nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib.
“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Nübar qəsəbəsi ərazisində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub”, – nazirliyin məlumatında qeyd olunub.
Bildirilib ki, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli üçotaqlı fərdi yaşayış evində partlayışın baş verdiyi müəyyən olunub.
Qurum qeyd edib ki, partlayış dalğasının təsirindən evə ciddi ziyan dəyib, 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb.
"FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır", – məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Abşeronda yaşayış evində partlayış baş verib, 5 nəfər yaralanıb - VİDEO
Bakıda evdə partlayış olub, xəsarət alan var
Masallıda fərdi yaşayış evində partlayış baş verib, 1 nəfər xəsarət alıb - FOTO
Masazırda mənzildə yanğınla nəticələnən partlayış olub
Şəmkirdə evdə partlayış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













