Türkiyə Prezidenti: Suriyada xaosun yenidən baş verməsini istəyənlər var
Suriyada xaosun yenidən yaşanmasını istəyənlər var. Türkiyə buna imkan verilməməsini məmnuniyyətlə qarşılayır.
“Sizinxeber.az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Antalya Diplomatiya Forumu çərçivəsində Suriya dövlət başçısı Əhməd Əş-Şaara ilə görüşündə deyib.
O qarşıdakı illərin Suriyanı sabitliyi, rifahı və əmin-amanlığı ili olacağını söyləyib.
Ərdoğan Türkiyənin Suriyaya qarşı beynəlxalq sanksiyaların ləğvi üçün səyləri davam etdirəcəyinə, rəsmi Dəməşqlə ticarət və iqtisadiyyat sahəsində əməkdaşlığı genişləndirmək istiqamətində addımların atılacağını diqqətə çatdırıb.
Türkiyə liderinin sözlərinə görə, Ankara digər sahələrdə də addımların atılmasını nəzərdən keçirəcək: “Türkiyə Suriyada sabitliyin bərpası üçün bu günədək olduğu kimi, bundan sonra dəstəyini davam etdirəcək”.
Oxşar xəbərlər
Ərdoğan: Türkiyə Suriyada sabitliyin təmin olunmasını istəyir
Ərdoğan: Türkiyə Suriyada fəaliyyət göstərən bütün terror təşkilatlarına qarşı tədbirlər görəcək
Türkiyə XİN: Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır
Türkiyə lideri: Regionu qan gölünə çevirmək istəyənlər məqsədlərinə çatmayacaqlar
Türkiyə lideri: Suriyanın yenidən qeyri-sabitliyə yönəlməsinə imkan verməyəcəyik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













