Türkiyə lideri: Suriyanın yenidən qeyri-sabitliyə yönəlməsinə imkan verməyəcəyik
sizinxeber.az xəbər saytı

Türkiyə lideri: Suriyanın yenidən qeyri-sabitliyə yönəlməsinə imkan verməyəcəyik


Türkiyə ABŞ və Rusiya daxil olmaqla Suriya məsələsi ilə bağlı bütün aktorlarla sıx təmas içərisindədir.

“Sizinxeber.az”un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Antalya Diplomatiya Forumunun rəsmi açılışında danışıb.

“Suriyadakı gərginlikdən, münaqişədən ən çox təsirlənən dövlət olmuşuq. Suriyanın yenidən qeyri-sabitliyə yönəlməsinə imkan verməyəcəyik. Suriyanın ərazi bütövlüyünü özümüzünkündən ayrı görmürük. Suriya xalqı zülm və müharibədən bezib. Onlara belə bir şeyi təkrar yaşatmaq istəyənlər mövqeyimizi nəzərə almalıdır”, - o əlavə edib.

R.T.Ərdoğan bildirib ki, Türkiyənin təmkinli davranışları başqalarına fürsət kimi görünməməlidir:

“Türkiyə bütün bölgə xalqları üçün sülh, rifah, təhlükəsizlik, sabitlik istəyir. Bölgədə Türkiyə ABŞ və Rusiya da daxil olmaqla, Suriya məsələsi ilə bağlı bütün aktorlarla sıx təmas içərisindədir”.

O, Qəzza məsələsindən də söz açaraq bildirib ki, Türkiyə Fələstinə 101 min tondan çox humanitar yardım göstərib və bunu davam etdirəcək.

Oxşar xəbərlər

Ərdoğan: Suriyanın azadlığına qarşı istənilən addımı atanlar önlərində Suriya xalqı ilə bərabər Türkiyəni də görəcək
Ərdoğan: Suriya terrorçulardan təmizlənməlidir
Ərdoğan: Cənub sərhədlərimizdə qeyri-sabitlik istəyənlərin fərqindəyik
Ərdoğan: Türkiyə Suriyanın yeni hakimiyyət orqanları ilə sıx dialoq aparır
Ərdoğan: Türkiyə Suriyanın ərazi bütövlüyünü heç vaxt güzəştə getməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər