sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Türkiyə lideri: Regionu qan gölünə çevirmək istəyənlər məqsədlərinə çatmayacaqlar
Türkiyənin apardığı mübarizənin nəticə verməsinə mane olmaq istəyənlər, o cümlədən regionumuzu qan gölünə çevirmək istəyənlər və onların arxasındakı imperialistlər məqsədlərinə çatmayacaqlar.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 29 Oktyabr - Türkiyənin Cümhuriyyət Günü ilə bağlı videomüraciətində deyib.
O bildirib ki, Türkiyə buna mane olaraq inkişaf etməyə davam edəcək: “İllər ərzində qurulan oyunları pozmuşuq”.
R.T.Ərdoğan söyləyib ki, Türkiyəni iqtisadi sahədə çökdürmək cəhdləri daxildə müəyyən çətinliklərə səbəb olub.
Türkiyə liderinin sözlərinə görə, rəsmi Ankara başa düşür ki, artıq terror təhlükəsinə tamamilə son qoymaq lazımdır.
Oxşar xəbərlər
Ərdoğan: Türkiyəni regional və qlobal gücə çevirmək üçün çalışırıq
Ərdoğan: Türkiyə özünə qarşı qurulan bütün oyunları pozub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
