Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır
sizinxeber.az xəbər saytı

Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır


Gürcüstan xarici işlər naziri (XİN) Maka Boçorişvili Tbilisidəki Ermənistan səfiri Aşot Smbatyan ilə görüş keçirib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Gürcüstan XİN-in mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, tərəflər görüşdə Tbilisi və İrəvan arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Vurğulanıb ki, yanvarın sonunda Gürcüstan XİN başçısı Ermənistana səfər edəcək.

XİN-dən bildirilib ki, gələn həftə, həmçinin Gürcüstan-Ermənistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək.

Oxşar xəbərlər

Gürcüstanın XİN başçısı yanvarın 16-da Azərbaycana gələcək
Tbilisidə Gürcüstan xarici işlər nazirinin Azərbaycana səfər planının təfərrüatları müzakirə olunub
Gürcüstanın Baş naziri Azərbaycana gəlir
Rəsmi Tbilisi XİN başçısının Azərbaycana bugünkü səfər proqramını açıqlayıb
Macarıstan XİN başçısı Ermənistana səfər edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər