Gürcüstanın Baş naziri Azərbaycana gəlir
Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycana səfər edəcək.
"Sizinxeber.az"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində Bakı şəhərində Gürcüstan və Azərbaycan Respublikasının Baş nazirlərinin rəhbərliyi ilə Gürcüstan-Azərbaycan iqtisadi əməkdaşlığının hökumətlərarası komissiyasının iclası keçiriləcək.
Komissiyanın iclasında hər iki ölkənin hökumət üzvləri iştirak edəcəklər. Baş nazir İrakli Kobaxidzenin Azərbaycanda yüksək səviyyəli görüşləri planlaşdırılır.
Gürcüstan nümayəndə heyətinə birinci vitse-prezident, İqtisadiyyat və Davamlı İnkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili, mədəniyyət naziri Tinatin Ruxadze və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir.
Ruslan Həsənov
Oxşar xəbərlər
Gürcüstanın XİN başçısı yanvarın 16-da Azərbaycana gələcək
Gürcüstanda daxili işlər naziri Baş nazirin müavini təyin edilib
Gürcüstanın Baş nazirinin Prezident İlham Əliyevlə təkbətək görüşü gözlənilir
İrakli Kobaxidze COP29-da iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
