sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Rəsmi Tbilisi XİN başçısının Azərbaycana bugünkü səfər proqramını açıqlayıb
2025-ci il yanvarın 16-da Gürcüstanın xarici işlər naziri vəzifəsində Maka Boçorişvili Azərbaycan Respublikasına ilk rəsmi səfərini edəcək.
"Sizinxeber.az"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirəcək. Görüşdən sonra iki ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransı təşkil olunacaq.
Nazir, həmçinin Şəhidlər xiyabanında "Əbədi Məşəl" abidəsini ziyarət edəcək və şəhidlərin xatirəsini ehtiramla yad edəcək.
Ruslan Həsənov
Oxşar xəbərlər
Gürcüstanın XİN başçısı yanvarın 16-da Azərbaycana gələcək
Gürcüstan XİN başçısı bu gün Azərbaycana ilk rəsmi səfərini edəcək
Türkiyə XİN başçısı Rusiyaya səfər edəcək
Tbilisidə Gürcüstan xarici işlər nazirinin Azərbaycana səfər planının təfərrüatları müzakirə olunub
Ceyhun Bayramov sabah Türkiyəyə səfər edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













